192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
AXCP sədrinin müavininin azyaşlı qızı küçədə hücuma məruz qalıb
2019-04-18 14:35:38

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sənay Qəhrəmanlı aprelin 17-də axşam "Elmlər Akademiyası" metro stansiyasının qarşısında naməlum şəxsin fiziki və mənəvi hücumuna məruz qalıb.

Qıza hücum edən şəxs onun qarşısını kəsib, ona qarşı fiziki zorakılıq edib, özünü və ailəsini təhqir edib. Sənay bir əli ilə xuliqandan qurtulub, digər əli ilə bunu videoya çəkə bilib.

S.Qəhrəmanlı bir neçə gün öncə mərhum məktəbli Elina Hacıyevanı anım aksiyası təşkil edib.

Onun valideynləri əmindirlər ki, qıza hücum etiraz aksiyasına cavab olaraq hakimiyyət tərəfindən təşkil edilib.

Qeyri-rəsmi məlumatlara görə, Sənaya hücum edən gənc hakim Yeni Azərbaycan Partiyasının fəalı Tural Qarayevdir.

Qızın anası Zümrüd Yağmur insidenti Turan agentliyinə şərh edərkən deyib ki, Yasamal rayon 28-ci polis bölməsinə şikayət edilib.

Onun sözlərinə görə, Sənayı bir neçə gün izləyiblər. Xuliqan onun dərsdən çıxdığı vaxtı bilib və gözləyib.

"Bütün bunlar hakimiyyət tərəfindən planlaşdırılmış təxribatdan xəbər verir. Bunu həm də o təsdiqləyir ki, xuliqan Sənayın atasını xəyanətdə ittiham edib, ölkə prezidenti qarşısında üzr istəməsini tələb edib", - qızın anası bildirib.

İctimaiyyət nümayəndələri hakimiyyəti özgəfikirliliyə və ictimai fəallığa görə bu cür vəhşi cəza üsullarına son qoyulmasına çağırıblar.

Xatırladaq ki, bundan öncə gənc fəal Qiyas İbrahimov polisə çağırılmışdı. Ona xəbərdarlıq ediblər ki, hakimiyyəti təhqir etməsin, çünki "İlham Əliyevin tərəfdarları küçədə onu cəzalandıra bilər və polis onu müdafiə edə bilməyəcək".

"Qiyasa olunan xəbərdarlığı indi Sənaya qarşı ediblər", - ana vurğulayıb.