192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İqtisadçı: İdxal malları bahalaşıb
2019-04-19 17:10:20

“Rəqəmlər həyəcan təbili çalır. İdxal 49 faiz artıb. Yerli malların bazar payı 71 faizdən 33 faizə düşüb. Qiymətlər məhsul bazarında azı 14, ümumi istehlak bazarında isə 11 faiz bahalaşıb”.

İqtisadçı Nemət Əliyev belə deyir. Bildirir ki, Dövlət Gömrük Komitəsinin bu ilin yanvar-fevral dövrünə dair yaydığı məlumatlardan məlum olub ki, idxal göstəricisi 1,452 mlrd dollardan 2,166 mlrd dollara qalxaraq 49 faiz artıb. İqtisadçı əlavə edir ki, belə olan halda qeyri-neft sektorunun inkişafının əhəmiyyəti və zəruriliyi haqqında danışan hökumət rəsmilərinin səmimiyyəti şübhə altına düşür:

“Çünki idxal fəaliyyətinin bu dərəcədə böyüməsində dövlət sektorunun birbaşa iştirakı 80 faizdir. Nəzərə almaq lazımdır ki, idxal fəaliyyətinin bu dərəcədə genişlənməsi yerli istehsala ciddi zərbə vurur. İdxal mallarının dəyərinin yanvar-fevral dövründə artan hissəsi 714 milyon dollar və ya 1,2 milyard manatdır. Əgər Dövlət Statistika Komitəsinin açıqladığı məlumatları da burada nəzərə alıb hesablamalar aparsaq, aydın olar ki, idxaldakı bu artan məbləğin 63 faizi və ya 753 milyon manatı bahalaşma hesabına, 37 faizi və ya 461 milyon manatı isə fiziki çəkinin artması hesabınadır”.

Yəni idxal malları həm bahalaşıb, həm də natural ifadədə artıb. İqtisadçı bildirir ki, idxalın bu şəkildə artması bir yandan yerli malların daxili bazarlardan sıxışdırılıb çıxarılmasına səbəb olubsa, digər tərəfdən də ölkədəki bahalaşma dalğasına əlavə təkan verib:

“Odur ki, yanvar-fevral dövründə idxalın bu formada artması yerli istehsalçıların bazar mövqelərini zəiflətməklə əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib. Əgər cari ilin 2 aylıq əmtəə bazarının həcminin 5,515 milyard manat olmasını nəzərə alsaq, idxal mallarının bazar payının 67 faizə yüksəlməsi məlum olur. Belə olan halda yerli malların bazar payı 33 faizə düşür”.