192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Müxalifətçilər uydurma ittihamlarla 8-10 il müddətinə azadlıqdan məhrum edildiyi halda, real cinayət törədən şəxsə cəmi 15 gün verilir“
2019-04-20 15:16:44

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının yetkinlik yaşına çatmamış qızına hücum edən şəxs inzibati qaydada 15 günlük həbs cəzasına məhkum edilib.

Dünən Tural Qarayev İnzibati Xətalar Məcəlləsinin 510-cu (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Amma bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çoxları 14 yaşlı qızı vuran və onu açıq şəkildə təhdid edən şəxsə verilən cəzanın qeyri-adekvat olduğunu qeyd edirlər.

Bəziləri hücumun hakimiyyət tərəfindən təşkil edilməsi qənaətindədirlər. Sosial şəbəkələrdə belə bir fikir bildirilir ki, müxalifətçilər uydurma ittihamlarla 8-10 il müddətinə azadlıqdan məhrum edildiyi halda, real cinayət törədən şəxsə cəmi 15 gün verilir.

Hüquqşünas Əlaif Həsənovun fikrincə, Qarayevin əməllərində cinayət tərkibi var. Onun fikrincə, polisin əməlləri inzibati hüquqpozma - "kiçik xuliqanlıq" olaraq tövsif etməsi yanlışdır.

Həsənovun fikrincə, zorakılıq faktı varsa, bu, CM-in 221-ci (xuliqanlıq" maddəsi ilə tövsif edilməlidir.

O, bədəməlin "xalq qarşısında üzr istəmək" tələbini də şübhəli adlandırıb. O, yeniyetməyə hücum edən şəxsin yüngül cəza almasını təhlükəli təmayül hesab edir. Bu, digər müxalifətçilərin övladlarına qarşı bu cür əməllərin təkrarlanmasına gətirib çıxara bilər.