192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hüquq müdafiəçisi Samir Kazımlı Avropa Məhkəməsinə şikayət edir
2019-04-20 12:43:43

Hüquq müdafiəçisi Samir Kazımlı Azərbaycana giriş-çıxışı zamanı dövlət sərhədində məruz qoyulduğu xüsusi yoxlamalarla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Samir Kazımlı bildirib ki, 2014-cü il noyabrın 11-dən Azərbaycana giriş-çıxışı zamanı Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayırlar və Dövlət Gömrük Komitəsinin nümayəndələrinə təhvil verirlər. Onlar əl baqajına baxış keçirir, üzərində nağd pul, bank kartı olub-olmadığını yoxlayır, səfərinin səbəbləri, iş yeri haqqında sorğu-sual edir, pasportunun vizalar olan səhifələrinin surətini çıxarırlar.

Beş il ərzində o, 34 dəfə belə yoxlamaya məruz qalıb. Bu zaman ona heç bir izahat verilmir. Fəal sərhəd xidməti və gömrük əməkdaşlarının öz aralarında danışarkən onu C5 və C11 adlandırdıqlarını eşidib.

O, yoxlamaların səbəbinin 2014-cü il oktyabrın 22-də "The New York Times"qəzetində dərc edilmiş Azərbaycanda qeyri-hökumət təşkilatlarının təqibi haqqında məqaləsi, habelə hüquq müdafiə və ictimai fəaliyyəti olduğunu hesab edir.

"Üzləşdiyim qanunsuz yoxlamalarla bağlı Dövlət Gömrük Komitəsini, Dövlət Sərhəd Xidmətini və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsini məhkəməyə versəm də, yerli məhkəmələr şikayətimi təmin etməyiblər. Bu səbəbdən də Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişəm" - deyə, o bildirib.

Samir Kazımlı ilk dəfə o, belə yoxlamaya həmin məqalənin dərc edilməsindən 20 gün sonra Osloya uçarkən məruz qalıb. Fəal sərhəd xidmətini və gömrüyü məhkəməyə verib, amma nəticə əldə etməyib.