192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ağstafa sakini: Polislər oğlumun başına o qədər vurmuşdular ki, neçə yerdən yarılmışdı
2019-04-23 15:43:39

Ötən ilin sentyabrında Agstafanın Dağ Kəsəmənli kənd sakini Natiq Cəfərov narkotik ittihamı ilə həbs olunub. Ailə üzvləri Meydan TV-yə Natiq Cəfərovun şərləndiyini iddia edir.

Anası Elzima Sultanovanın sözlərinə görə, ötən il sentyabrın 21-də bir neçə maşınla yaşadıqları ünvana gələn polislər Natiqi soruşublar. Həmin vaxt Natiq evdə olmayıb. Polislər məhkəmə qərarı göstərmədən evdə axtarış aparıblar. Nə axtardıqlarını isə ailə üzvlərinə deməyiblər:

Ana deyir, oğlunu bir gün Ağstafa Rayon Polis Şöbəsində saxlayıblar. Növbəti gün xəbər tutublar ki, o, Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Natiq Cəfərovun 39 yaşı var. Kənd Təsərrüfatı Akademiyasının (Dövlət Aqrar Universiteti) İstehlak Mallarının Ekspertizası fakültəsini bitirib. 10 ilə yaxın Qazax rayonu, aqrokimya laboratoriyasının müdiri işləyib. İlk dəfə qanunsuz odlu silah ittihamı ilə həbsdə olub. Həbsdən çıxandan ayyarım sonra şərlənib: Ananın iddiasına görə, oğluna Ağstafa polisində işgəncələr verilir. Ananın sözlərinə görə, rəsmi qurumlara bəlkə yüzdən çox məktub yazıblar, gələn cavabsa yalnız bundan ibarət olub ki, “məktubunuz ünvana çatdı...”