192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Deputat Bakı Nəqliyyat Agentliyini tənqid etdi
2019-04-23 16:24:32

“Bakı Nəqliyyat Agentliyi normal qurum olsa da, fəaliyyətində müəyyən problemlər var”. Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

O, dayanacaqların yuyulmadığını, əksər halalrda piyada keçidlərinin rənglənmədiyini vurğulayıb. “Əvvəllər DİN-də olanda bu işlər operativ olaraq görülürdü. Ancaq indi diqqət edirəm ki, ölkə prezidentinin, yaxud da vəzifəli şəxslərin keçdiyi yolları səhmana salırlar. Məsələn, Sabunçu rayonunun əksər qəsəbələrində bu zolaqlar çəkilmir. Düşünürəm ki, bununla bağlı məsələlərə diqqət edilməlidir”.