192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Meydan TV-nin şikayəti təmin edilməyib
2019-04-23 18:00:00

Bakı Apellyasiya Məhkəməsi aprelin 23-də Meydan TV-nin saytının bloklanması ilə bağlı şikayətini təmin etməyib.

Hakim Etibar Nəbiyevin sədrlik etdiyi prosesdə birinci məhkəmə instansiyasının qətnaməsi qüvvədə saxlanılıb.

Bu barədə Meydan TV məlumat yayıb.

Səbail Rayon Məhkəməsi 2017-ci il mayın 12-də Meydan TV-nin bloklanması haqda qərar çıxarmışdı. Həmin vaxt Səbail Rayon Məhkəməsinin qərarıyla eyni zamanda AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və «Azərbaycan saatı» televiziya proqramının azerbaycansaati.org saytları da bloklanmışdı.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.