Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ukraynada saxlanılan azərbaycanlı yalançı Azərbayacana ekstradisiya ediləcək
2019-05-10 17:58:00

Ukraynanın Poltava vilayətinin hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşını saxlayıblar."İnterfaks-Ukraina”portalının bildirdiyinə görə, 39 yaşlı azərbaycanlı "İnterpol” vasitəsilə axtarışda olub.Məlumata görə, cinayət hadisəsi 2015-ci ilin fevralında baş verib. Belə ki, o, başqa bir cinayətkarla öncədən əlbir olub Zaqatala şəhər sakinini aldadaraq ondan 22 min 500 AZN pul alıb və geri qaytarmayıb.

Daha sonra Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açıb.2016-cı ildə Zaqatala şəhər regional məhkəməsinin qərarına əsasən onun haqqında axtarışla həbs qərarı verilib. Bu ilin fevralında isə "İnterpol”la beynəlxalq axtarışa verilərək Azərbaycana ektstradisiyası istənilib.Sözügedən şəxs Poltavanın Orjitsk rayonunun kəndlərindən birində saxlanılıb. Hazırda o müvəqqəti saxlanma mərkəzinə yerləşdirilib, ekstradisiya məsələsinə baxılır.

Qeyd edək ki, onu Azərbaycanda12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.