Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Rusiya XİN: Dağlıq Qarabağda dayanıqlı sülhün əldə edilməsi üçün tərəflərlə birlikdə işləməyə hazırıq
2019-05-10 16:38:45

12 May tarixində Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü olacaq. Razılaşma Rusiya Federasiyasının birbaşa vasitəçiliyi ilə əldə olunub. Bu razılaşma kütləvi qan tökülməsini dayandırmağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması siyasi və diplomatik yollarla başlamağa imkan verib. Mayın 12-də imzalanmış razılaşma atəşkəsin qorunması üçün hələ də əsas olaraq qalır.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çox mürəkkəb prosesdir. Onun yüksəlişi və enişi var. Tənzimlənmənin əsas məqamlarını razılaşdırmaq üçün tərəflərdən vaxt və siyasi iradə tələb olunur. Biz kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcəyik. Biz kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcəyik.

ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik”, - deyə Rusiya XİN-nin açıqlamasında vurğulanıb.