Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Atəş və hərbi əməliyyatların tam dayandırılması barədə razılaşmanın 25-ci ildönümünə həsr olunmuş konfransın iştirakçıları bəyanat qəbul edib
2019-05-11 10:24:41

Stepanakertdə bu gün keçirilmiş Atəş və hərbi əməliyyatların tam dayandırılması  barədə razılaşmanın 25-ci ildönümünə həsr olunmuş  konfransın iştirakçıları birgə bəyanat qəbul edib. Bəyanat  tamamilə təqdim edirik.

“Bu ilin mayın 12-də Dağlıq Qarabağ (Artsax), Azərbaycan və Ermənistan tərəfindən Qarabağ münaqişəsi zonasında Atəş və hərbi əməliyyatların tam dayandırılması barədə imzalanmış  Razılaşmanın qüvvəyə minməsinin  25 ildünümü qeyd olunur.  Bu sənəd bu günə qədər Rusiyanın vasitəçilik missiyasının səyləri sayəsində 1995-ci ildən bəri  ATƏT Minsk qrupunun həmsədri, səfir Vladimir Kazmirovun başçılığıyla mümkün olmuş, münaqişənin nizamlanması prosesində  yeganə  vacib  nailiyyəti qalmağa davam edir.

Artsaxı  münaqişə tərəflərindən biri olaraq ilk Rusiya Federasiyası  tanıdı. Sonra  ATƏT-in Budapeşt sammitinin sənədlərində əks olunmuş bu pragmatik yanaşma  münaqişə tərəflərindən hər birinə münaqişədə öz maraqlarını birbaşa  təqdim etməyə, formal  suallardan  məzmun müzakirələrinı keçməyə  imkan verdi və nəticədə  Atəş və hərbi əməliyyatların dayandırılması barədə Razlaşmanın imzalanması mümkün oldu.

Azərbaycan və Artsax arasında danışıqların nəticəsi olan 1994-cü ilin mayın 12-də  üçtərəfli Razlaşmanın əhəmiyyətini qiymətləndirmək çətindir. Bu bütün Cənubi Qafqaz bölgəsi üçün fəlakətli nəticələrə gətirə biləcək atəş və hərbi əməliyyatların müddətsiz dayandırılmasına imkan yaradıb və  danışıqlar yolu ilə münaqişənin siyasi həllin tapılması üçün möhkəm təməl qoyub.O  yaxşı sübutdur ki, danışıqlar prosesində effktivliyi üçün Artsaxın birbaşa iştiakı vacibdir.

Azərbaycan-Qarabağ  münaiqşəsi zonasında  sabit sülhün qorunması  bu gün 25 il sonra hələ də aktual qalmağa davm edir. Düşünürük ki, atəşkəs rejiminin  gücləndirməsi və etimad tədbirlərinin həyata keçirilməsi olmadan bu  məqsədə çatmaq mümkün olmayacaq. Bu 2016-cı ildə hər iki tərəfdə yüzlərlə insanın həyatını itirməsinə səbəb olmuş gənişmiqyaslı Aprel hərbi əməliyyatların təkrarlanmasını istisna etməyə imkan verəcək.

Uğur alqoritmi aydındır: 1994-cü ildə olduğu kimi əsas danışıqların üçtərəfli formatının bərpası, 2016-cı ildə Vyanada, Sankt-Peterburqda və Cenevrədə atəşkəs pozuntularının araşdırılması üçün beynəlxalq mexanizmin və təmas xəttində vəziyyətin monitorinqinin tətbiq olunmasını nəzərdə tutan razılaşmaların həyata keçirilməsi yolu ilə atəşkəs rejimini davamlı olaraq gücləndirmək, eləcə də təmas xəttində vəziyyətin monitorinq qabiliyyətlərinin artırılması məqsədilə  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin əməkdaşlarının genişləndirilməsi.

Bİz, konfransın iştirakçılarımız tərəflərə, eləcə də ATƏT Minsk həmsədrlərinə  bölgədə  sabitliyin saxlanılması, effektiv danışıqlar üçün şəraitlərin yaradılması və  münaqişənin tərəflərinin ictimayyətləri arasında konstruktiv  dialoqun  qurulması  üçün bütün səylərini göstərməyə çağırırıq, çünki gərginliyin artırılması  yeni müharibə ilə nəticələnə bilər. Cənubi Qafqazın bütün  xalqların həyati maraqlarına uyğun, 25 il əvvəl yaradılmış atəşkəsi  tam, hərtərəfli və sabit  sülhə çüvrilmək üçün siyasi iradə göstərmək lazımdır”.