Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Avropa Futbol Azarkeşləri təşkilatı Azərbaycandakı repressiyalara etiraz edir
2019-05-11 12:57:03

Almaniyada mənzillənmiş Avropa Futbol Azarkeşləri təşkilatı finalın Bakıda keçirilməsindən narahatlıq ifadə etmişdi. Qrup belə bir matç üçün Azərbaycan paytaxtının “münasib mühit” ola bilməyəcəyini bildirmişdi.

Azarkeşlər təşkilatı UEFA-nın diqqətini Azərbaycanda insan haqlarının vəziyyətinə yönəltməyə çalışmışdı.

Avropa Futbol Azarkeşləri təşkilatı ilk növbədə Bakıda yaşayış şəraitindən, insan haqlarının vəziyyətindən, biletlərin paylanması prinsipindən və viza verilməsi prosesindən narahatlıq ifadə etmişdi.

Təşkilatın müraciətində məhz viza verilməsi prosesinin narahatlıq doğurması xüsusilə qeyd olunurdu, beləki Azərbaycana giriş vizasının alınması üçün fərd özünün HIV virusuna münasibətdə statusunu bildirməliydi.

Xəbər verilir ki, UEFA-nın Azərbaycan prezidenti İlham Əliyevə müraciətindən sonra problem çevik həll edilib və prezidentin xüsusi fərmanı ilə “HIV tələbi” ləğv olunub.

Amma təşkilat bildirib ki, insan haqları ilə bağlı problemlərin həlli üçün bundan sonra da lobbiçilik fəaliyyətini davam etdirəcək.