Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Cəmil Həsənli: “Azərbaycan strateji tərəfdaşlıq sazişini imzalamağa hazır deyil”
2019-05-15 14:30:23

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Avropa İttifaqı ilə imzalanacaq sazişdə insan hüquqlarını prioritet hesab etdiyini bildirib.

Həsənli qeyd edib ki, Milli Şura bu görüşlərin nəticələrindən elə ciddi bir şey gözləmirdi. "Bizim gözləntimiz ondan ibarət idi ki, Azərbaycan Avropa İttifaqı ilə assosiasiya sazişinə razılıq verəcək və assosiasiya sazişi çərçivəsində əməkdaşlıq edəcək. Azərbaycan hakimiyyəti assosiasiya sazişindən yayındı və bunu strateji tərəfdaşlıq sazişi ilə əvəz etməyə cəhd göstərdi. Amma strateji tərəfdaşlıq sazişinin də imzalanma mərasimi olmadı. Məlum olduğu kimi, Azərbaycan tərəfi strateji tərəfdaşlıq sazişini də imzalamağa hazır deyil. Yəni, bu gün dünyadakı şərtlər elədir ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişi imzalamağa mane olan şərtlərin, manelərin böyük əksəriyyəti aradan qalxıbdır. Amma Azərbaycan hakimiyyəti özündə güc tapıb bu addımı ata bilmir. Bu saziş, bu səfərlər deklarativ xarakter daşıyır. Bu, Şərq Tərədaşlığının 10 illiyinin qeyd edilməsi ilə bağlı idi. Tək Azərbaycan yox, Şərq Tərəfdaşlığını imzalayan bütün ölkələrin xarici işlər nazirləri və ölkə başçıları həmin tədbirdə iştirak edirdi. Doğrusu bizim ciddi bir gözləntimiz yox idi və biz bilirdik ki, saziş də imzalanmayacaq. Ona görə də, bu, sıradan olan bir görüşdür. Yenə də əsası olmayan vədlər və Azərbaycan haqqında doğru-dürüst olmayan məlumatların Avropa İttifaqının tribunasından elan edilməsi kimi bir şeylərin şahidi olduq".

O əlavə etdi ki, Avropa İttifaqının öz dəyərləri və prinsipləri var. "Bütövlükdə Avropa İttifaqı insan haqları və vətəndaş hüquqlarının qorunmasını önə çıxarır. Buna prioritet verən bir təşkilatdır. Baxmayaraq ki, Avropa İttifaqının beynəlxalq ticarət ilə bağlı, işgüzar münasibətlərlə bağlı, əlverişli ticarət şəraitinin yaradılması ilə bağlı, iqtisadi əlaqələrlə bağlı, Dünya Ticarət Təşkilatına üzvülüklə bağlı və digər bu kimi sahələrlə bağlı çox önəmli üstün tutduğu prinsiplər də var. Amma bu prinsiplərin hamısının önündə insan haqqları ilə bağlı məsələ dayanır. Əgər xatırlayırsınızsa, bir il bundan əvvəl, 2018-ci ilin iyul ayının 4-də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etmişdi. Həmin qətnamədə, əgər biz, o bəndlərə diqqət yetirsək böyük hissəsi insan hüquqları ilə bağlıdır. Siyasi məhbus məsələsinin həll edilməsi, insan hüquqlarına hörmət edilməsi, məhkəmələrin müstəqilliyi kimi məsələlər var idi. Azərbaycanda işgəncələrə son qoyulması, hətta korrupsiya ilə bağlı bənd var idi ki, o özü də, insan haqlarının bir hissəsidir. Çünki Azərbaycanda korrupsiya elə bir həddə gəlib çatıb ki, insan haqlarını təhdid edir. Məsələn, korrupsiya pulları ilə vaxtı ilə, 2013-cü ildə Avropa Şurasında Ştrasserin məruzəsini (Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş mərzuəçisi Kristofer Ştrasser-red) keçməyə qoymadılar. Onu önlədilər".

Həsənlinin sözlərinə görə, Azərbaycan insan haqlarına görə, insan azadlıqlarının qiymətləndirilməsinə görə yarım azad ölkədən azad olmayan ölkəyə gəlib çatdı.  "Avropa təşkilatları üçün bilirsiniz ki, insan haqları prioritet sahədir. Və bu prioritet sahədən Azərbaycan vətəndaşları niyə yararlanmasınlar? Məsələn, bizim istək və arzularımız ondan ibarətdir ki, bu strateji tərəfdaşlıq sazişinin digər blokları assosiasiya sazişindən geri qala bilər. Amma onun insan haqları ilə bağlı hissəsi o assosiasiya sazişində olduğu kimi olmalıdır. Çünki gerçəkdən, insan haqları ilə bağlı ölkəmizdə vəziyyət fəlakətli həddədir. Siyasi məhbuslarla bağlı, bilirsiniz, əfv fərmanının verilməsinə baxmayaraq, bu günləri, onların sayı 100-ün ətrafında ləngər vurur. Məhkəmələr tərəfindən qanunun pozulması və siyasi mülahizələrə görə insanların təqib edilməsi davam edir. Mən ayrı-ayrı faktların üzərində dayanmıram. Sizin izləyicilərə də bəllidir. İstintaq orqanlarında işgəncə laboratoriyalarının yaradılması və işgəncələr hesabına insanların etmədiyi əməllərinə görə ifadələrin alınması".