192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fəalı və keçmiş siyasi məhbus Qiyas İbrahimovu bir neçə saat sürən uzun yoxlamadan sonra ölkədən buraxıblar
2019-05-16 14:09:24

Bu gün Sərhəd Xidməti NİDA Hərəkatının fəalı və keçmiş siyasi məhbus Qiyas İbrahimovu Azərbaycan-Gürcüstan sərhəddində saxlayıb.

"Azadliq.info"-ya əsasən, hərəkatın koordinatoru Samir Əsədli bildirib ki, sərhədçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tətbiq etdiyi qadağaya əsaslanıblar. Qadağa onun hərbi bileti qeydiyyata alınmadığına görə tətbiq edilib. Lakin Q.İbrahimov bu yaxınlarda məhz bu hərbi biletin əsasında pasport alıb.

Bir neçə saat sürən uzun yoxlamadan sonra onu ölkədən buraxıblar.

Xatırladaq ki, Q.İbrahimov və digər gənc fəal Bayram Məmmədov 2016-cı il mayın 10-da Bakının mərkəzində Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdilər.

Gənclər külli miqdarda narkotik maddə alverində ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdilər. Onlar Beynəlxalq Amnistiya təşkilatı tərəfindən “vicdan məhbusları” kimi tanınıblar. Bu ilin martında hər iki gənc Azərbaycan prezidenti tərəfindən əfv edilib.