Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi azalıb
2019-05-17 16:21:29

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanla ABŞ arasında aparılan ticarət dövriyyəsinin həcmi 200 234,97 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% azdır. Bu barədə oxu.az saytı məlumat yayıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycandan ABŞ-a ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,2 dəfə azalaraq 6 918,24 min dollar, idxal isə 36,3% artaraq 193 316,73 min dollar təşkil edib.

Cari ilin yanvar-aprel aylarında 186 398,49 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə, 12,1 dəfə çoxdur.