Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanlı fәal qohumlarla hәdәlәnәrәk polisә aparılıb
2019-05-20 14:44:31

Mayın 18-dә ictimai fәal Rüstәm İsmayılbәyli Xәtayı Rayon 35-ci polis bölmәsinә çağırılıb.

Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn İsmayılbәyli qeyd etdi ki, onu qohumlarla hәdәlәyәrәk bölmәyә gәtizdirdilәr. "Axşamçağı mәlumat aldım ki, qeydiyyatda olduğum ünvanında yaşayan qohumlarımı 35-ci polis bölmәsinә aparıb bildiriblәr ki, Rüstәm gәlmәsә sizi buraxan deyilik. Mәn dә bölmәyә getdim".

Fәal bildirdi ki, onu polisә çağırılmasının sәbәbi sosial şәbәkәdә yazdığı statuslardır vә ictimai fәallığıdır. "Bölmәdә qabağıma statuslarımın "skrinlәrini" qoyub "niyә hәr şeyi yazırsan, dövlәtdәn niyә narazısan" soruşublar. Hәmçinin universitetlәrin tәlәbәlәrlә sabaha planlaşdırdığımız "Nә etmәli?" adlı toplantı haqqında soruşublar".

İsmayılbәyli qeyd etdi ki, 2 saatlıq sphbәtdәn sonra sәrbәst buraxıldı. "Әvvәl dedilәr ki "sutkalığa" gedirsәn. Sonra isә telefon әlimdәn alıb statuslarımı silib buraxdılar", - deyә fәal bildirib.

Xәtai Rayon 35-ci polis bölmәsindәn vә Daxili İşlәr Nazirliyindәn hadisә ilә bağlı mәlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, Bakı Dövlәt Universitetin şәrqşünaslıq fakultәsinin tәlәbi Rüstәm İsmayılbәyli yanvar ayında bloqer Mehman Hüseynova dәstәk aksiyasına qoşulduğuna görә dekanlıq tәrәfindәn "sәrt münasibәtlә" qarşılaşdığını bildirir. Fakultә dekanlığı isә bu ittihamları qәbul etmir vә İsmayılbәyli müәlliminә hörmәtsizlik etdiyinә görә şifahi töhmәt aldığını deyir.