Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
İki nəfər istisna olmaqla, digər AXH üzvləri sərbəst buraxılıb
2019-05-23 16:03:00

Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvləri İlyas Abdullayev və Yavər Mikayılov istisna edilməklə, saxlanılan AXH üzvlərinin hamısı sərbəst buraxılıb. Bu barədə AXN İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay bildirib.

Onun sözlərinə görə, AXH İdarə Heyətinin 19 üzvü mayın 19-da DİN Baş Mütəşəkkil Cinayətkarlığ Qarşı Mübarizə İdarəsində (BMCQMİ) saxlanılırdı.

"İlyas Abdullayev və Yavər Mikayılovun buraxılmamasının səbəbləri bizə məlum deyil. Onların yanına vəkil buraxılmır", - B.Tuncay deyib.

O qeyd edib ki, bu gün AXH Yevlax rayon təmsilçisi, AXH Idarə Heyətinin üzvü Şamil Fərzəlibəyli saxlanılıb, hazırda onu Bakıya gətirirlər.

Xatırladaq ki, Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-sı təsis olunub.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü olan quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.