Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Artsax Xİ nazirinin müavini Aleksanyan Kaliforniyada bir sıra görüşlər keçirib
2019-05-25 11:18:44

Artsax Respublikasının Xarici İşlər Nazirinin müavini Armine Aleksanyan mayın 13-dən 19-dək ABŞ-ın  Kaliforniya universitetinin Erməni Araşdırma İnstitutunun təşkil etdiyi “İnnovate Armenia”  festivalında iştirak etmək dəvətiylə Kalforniyadadır.

Artsax Respublikasının Xarici İşlər Nazirliyindən bildirildiyinə əsasən, tədbirdə Xİ nazirinin müavini çıxış edib, Artsaxın müstəqil dövlət quruculuğu prosesinə, beynəlxalq tanınması və mərkəzləşdirməmış əməkdaşlıq sahəsində əldə edilmiş  nailiyyətlərə, eləcə də xarici  siyasi çağırışlara toxunub.

Tədbir çərçivəsində  Los-Anceles-in siyasi şurası üzvü Pol Krekoryan ilə görüş keçirilib və Los-Anceles-Şuşi bacı şəhərlərinin əməkdaşlığı barədə bir sıra məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Armine Aleksanyan Kaliforniya paytaxtı Sakramentonu ziyarət edib. Kaliforniyanın ştat şurasında  ştat şurasının spikeri Entoni Rendon, ştat şurasının üzvü Andri Nazaryan və Kaliforniyanın Təcili yardım, İqlim deyişiklikləri, Kənd tədərrüfatı və Qida komitələrinin nümayəndələriylə görüşlər keçirilib. XİN nazirinin müavini  Armine Aleksanyan  həm də  Kaliforniya ştatının senatının üzvü Entoni Portantinio ilə görüşüb.

Görüşlər zamanı  tərəflər  Kaliforniya və Artsax arasında əlaqələrin vəziyyətinə toxunub və  müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini mühüm sayıb. Bir sıra birgə yeni proqramların həyata keçirilməsiylə bağlı fikir mübadiləsi aparılıb.