Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
ReAL Partiyasının İstiqlaliyyət abidəsinin önündə gül qoymaqla tədbirənə icazə verilməyib
2019-05-25 14:09:56

ReAL Partiyasının mayın 26-na planlaşdırılmış İstiqlaliyyət abidəsinin önündə gül qoymaqla tədbirənə icazə verilməyib.

Partiyanın Məclis üzvü Azər Qasımlı AzadlıqRadiosuna bildirdi ki, mayın 26-da ReAL üzvləri İstiqlaliyyət abidəsinin önündə toplaşıb gül qoymaqla Cümhuriyyətinin 101-ci illiyini qeyd etməli idi. Lakin bu gün bakı Şəhəri Baş Polis İdarəsindən (BŞBPİ) ReAL sədri İlqar Məmmədova bildirilib ki, mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə bağlı təhlükəsizlik tədbirlərinə görə, tədbirin şəhərin mərkəzində keçirilməsi məqsədə uyğun deyil. BŞBPİ-nin əməkdaşları ReAL-a tədbirin keçirilməsi üçün Novxanı kəndini məsləhət gördülər.

Bundan əvvəl ReAL tədbirin keçirilməsini mayın 28-də planlaşdırmışdır, lakin eyni səbəbə görə abidənin ziyarəti mayın 26-na təxirə salındı.

Azər Qasımlının sözlərinə görə, şəhərin mərkəzində kütləvi tədbirin qarşısını almaq üçün Azərbaycan hakimiyyəti bir bəhanə kimi Bakıda keçiriləcək Avropa Liqasının final oyunu götürüb. Siyasətçi deyib ki, bunu sübut etmək çox asandır. "İstiqlaliyyət abidəsini n ziyarəti final oyunu ilə eyni gündə keçirilmir. Həmçinin abidə matç keçirələcək stadionundan olduqca uzaq yerləşir. Polis tədbirin keçirilməsinə qadağanı təhlükəsizliklə əlaqələndirir. Lakin inanmıram ki, 28 may günorta saat 12-də hansısa fanat İstaqlaliyyət abidəsinin önündə dava salsın və ya dava salaq. Həmin yerdə heç "pub" belə yoxdur. Bu sadəcə bəhanədir".

ReAL-ın sözçüsü əlavə etdi ki, abidənin ziyarətinə faktiki olaraq qadağa qoyulmasının səbəbi ondan ibarətdir ki, uzun illər azərbaycan müxaliəti Cümhuriyyət gününü Bakının mərkəzində yox, Novxanıda keçirirdi.

Mili Şuranın sədri Cəmil Həsənli isə hesab edir ki, İstiqlal abidəsinin ziyarətinə imkan verilməməsi sərbəst toplaşma azadlğın pozulmasıdır.

Həsənli ziyarətinə imkan verilməməsini hakimiyyətin öz resurslarından istifadə edərək siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirib.