Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Gültəkin Hacıbəyli məhkəmə saxtakarlığı barədə danışıb
2019-05-25 15:03:32

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli yazıb: "Dostlar, fevral ayının 28-də, gündüz saat bir radələrində maşınımın heç bir məhkəmə qərarı, heç bir hüquqi əsas olmadan zorakı bir şəkildə əlimdən alınaraq cərimə meydançasına yerləşdirildiyini bilirsiniz. Həşəmətli yol polislərimiz “Xırs qurdurbasan” üsulu ilə- heç bir hüquqi əsas göstərmədən, heç bir protokol və ya rəsmi sənəd təqdim etmədən elə-belə, qoçu kimi maşını məndən alıb cərimə meydançasına yerləşdirəndən düz dörd saat sonra Nəsimi rayon məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyilə keçən iclasda avtomobilimin iddianı təminetmə tədbiri kimi məndən alınaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərardad qəbul edilib. Azərbaycanda iddianı təmin etmə tədbiri kimi maşının üzərinə həbs qoyurlar, ancaq işə mahiyyəti üzrə baxılmadan (özü də iddia müddəti 2005-ci ildə ötürülmüş saxta bir tələb əsasında) heç bir avtomobil sahibindən alınıb cərimə meydançasına yerləşdirilməyib. Mən ölkədə bu şəkildə cəzalandırılan ilk və sonuncu vətəndaşam. Demək, maşın məndən alınandan dörd saat sonra məhkəmə bu barədə qərar çıxarır, bir gün sonra-1 mart tarixində Nəsimi rayon İcra Şöbəsi icraya başlamaq haqqında qərar qəbul edir və həmin qərar mənə poçt vasitəsilə rəsmi qaydada 4 mart tarixində çatdırılır. Qərarda icra şöbəsi mənə maşınımı könüllü şəkildə təhvil vermək üçün on gün- 14 mart tarixinədək vaxt verir))). Mən icra şöbəsinin rəisinə müraciət edib “1 martda qəbul edilən icra qərarı 28 mart tarixində necə icra olunub?” sualını verəndə “bilmirəm, sizin məhkəmə qərarınızı hakim özü icraya yönəldib, bizlik olmayıb” cavabını almışam. Ancaq hakim Pərviz Hüseynov bu qərarı saat 16.00-a təyin edilən məhkəmə iclasında qəbul edibsə, dörd saat öncə hələ qəbul etmədiyi qərarı necə icra edə bilərdi? Hakim səhər saat 11-də haradan bilirdi ki, saat 16.00-da sədrlik edəcəyi məhkəmə iclasında tərəflərdən biri maşının sahibindən alınıb cərimə meydançasına yerləşdirilməsi haqqında vəsatətlə çıxış edəcək?! Hakim falçıdır, ekstrasensdir, nədir?! Belə çıxır ki, 28 mart tarixində səhər tezdən hakim Pərviz Hüseynov özünü salıb Daxili İşlər nazirinin qəbuluna ki, Ramil müəllim, gecə yuxu görmüşəm, saat dörddə məhkəmə iclasım var, orada iddiaçı vəsatət qaldıracaq ki, Gültəkin Hacıbəylinin maşını cərimə meydançasına salınsın, mən də vəsatəti təmin edəcəyəm. Çevir məni balalarının başına, yuxuda görmüşəm ki, o maşını həmən saxladıb cərimə meydançasına aparmasanız dövlətçiliyimiz məhv olar, YAP viran qalan, Prezident Administrasiyası sürüşüb Xəzərə tökülər. Amanın bir günüdür, dövlətçiliyi xilas edin! Mənim versiyam budur, bu versiyanın da gerçək olub-olmadığını 27 may tarixində, saat 15.00-da biləcəyik. Çünki həmin tarixdə iş üzrə növbəti məhkəmə iclası təyin edilib və mən Pərviz müəllimdən gerçəkdən də belə yuxu görüb-görmədiyini və daha mühümü, hələ qəbul etmədiyi qərarı necə icraya yönəltdiyini soruşacağam. Həm də onu soruşacağam ki, mənim işimdən başqa necə işi şəxsən özü, icra şöbəsinin başı üzərindən, həm də qərar qəbul edilməmişdən öncə icraya yönəldib. Dostlar, hüquq adına, məhkəmə ünvanına bütün bu rəzalətlər Azərbaycan hakimiyyətinin mənə qarşı 2013-cü ildə başlatdığı iyrənc kampaniyanın davamıdır. 2013-cü ildə mən Milli Şuraya qoşulandan dərhal sonra Nəhayət Məmmədova adlı bir şərçi və böhtançını tapıb üzümə qoydular ki, guya mənə 2003-cü ildə evimi təmir və avadanlıqla təchiz etmək məqsədilə 50 min dollar borc pul verib. Təbii ki, yalandır, təbii ki, ortada heç bir borc müqaviləsi, sənəd, sübut yoxdur və ola da bilməz. Mən 2003-cü ildə millət vəkili olmuşam, Nəhayət Məmmədova pensiyaçı evdar qadın".