Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ermənistan və Çin adi pasportlar daşıyan şəxslər üçün giriş vizasının tələbini ləğv etdi
2019-05-27 10:28:03

ER Xarici işlər naziri Zohrab Mnatsakanyan və Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü Xarici işlər naziri Van İi mayın 26-da Yerevanda keçirilən görüşün nəticələrindən sonra Ermənistan Respublikası və Çin Xalq Respublikası arasında bir sıra sənədlər, o cümlədən “ER Hökuməti və ÇXR Hökuməti arasında adi pasportları olan şəxslərə giriş vizası tələblərinin qarşılıqlı surətdə ləğvi haqqında” sənəd imzaladılar.

ER Baş naziri Nikol Paşinyan Vang İi ilə görüşdə sənədlərin imzalanmasının vacibliyini vurğulamaqla qeyd edib ki, bunlar yalnız humanitar məsələlərə deyil, biznes əlaqələrinin inkişafına və investisiyaların cəlb edilməsinə də kömək edəcək. Bu kontekstdə Baş nazir birbaşa hava əlaqələrinin təstiqi perspektivlərini müzakirə etməyi təklif edib.