Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
İnsanlar əsrlər boyu yaşadıqları ərazini necə işğal edə bilər? Paşinyan azərbaycanlı jurnalistə cavab verib
2019-06-08 09:08:12

Sankt-Peterburqda təşkil edilmiş mətbuat konfransı zamanı ER baş naziri Nikol Paşinyan  həm də azərbaycanlı jurnalistin sualına cavab verib. “Armenpres”-in  bildirildiyinə əsasən, ER Baş nazirinə vermiş suallardan DQ münaqişəsi barədə sualda azərbaycanlı jurnalist  Azərbaycan təbliğatında adi hala çevrilmiş “işğal edilmiş ərazilər” ifadəsindən istifadə etdi. Buna cavab olaraq Nikol Paşinyan dedi:

“Hər hansı ərazilər  orada doğulmuş insanlar tərəfindən necə  işğal edilə bilər? Orada onların babaları və babalarının babaları doğulub və yaşayıb. Bu ərazi necə işğal edilə bilər. İnsanların əsrlər boyu yaşadığı ərazi: bunu necə təsəvvür edə bilərsiniz?”

Paşinyan vurğuladı ki, DQ münaqişəsinin başlanmasından bəri Ermənistan bəyan edib ki, Artsaxın təhlükəsizliyinə zəmanət verir. “Əgər bu təhlükəsizliyin zəmanəti verilməsəydi, Dağlıq Qarabağ  vətəndaşlarına hər hansı digər zəmanət verilməyəcəkdi”- deyə baş nazir əlavə etdi.

ER Baş naziri azərbaycanlı jurnalistinə bildirdi ki, Ermənistan Respublikasının hökuəmti və Artsax Respublikasının  hakimiyyətləri Artsax-Azərbaycan təmas xəttində hadisənin araşdırılması mexanizminin tədbiqinə hazırdır.

“Kimin  harada və nə vaxt  atəş açdığı barədə mübahisələrin qarşısının alınması üçün hələ 2016-cı ildə Vyanada əldə edilmiş razılaşmaları müzakirə etmək lazımdır. Söz münaqişə zonasında  araşdırma mexanizmlərinin yaradılması barədədir”- deyə Paşinyan əlavə etdi.

“Arsenal” futbol komandasının yarımmmüdəfiəçisi Henrix Mxitaryanın Bakıya getməməsi barədə  mövzuna toxunaraq Paşinyan xatırlatdı ki, internetdə video yayılmışdır ki,  Bakı polisi erməni futbolçu Mxitaryanın adı olan futbol köynəyini geyinmiş azarkeşlərə necə yaxınlaşır.

“Təsəvvür edək ki, azarkeşlər sadəcə  Mxitaryan adı olan futbol köynəyini geyinmək  üçün  Azərbaycan polisinin diqqətinin mərkəzində olur. Düşünürəm ki, bu hər şey barədə deyir”- deyə Paşinyan  qeyd edib.

O vurğuladı ki, hadisələr oldu ki, erməni mənşəli Rusiya vətəndaşı Bakıya getmək istəyib, amma  hakimiyyətlər tərəfindən icazə verilməyib.

“Bu çox pis əlamətdir. Düşünürəm ki,  belə hadisələr müstəsna etmək lazımdır, çünki onlar vəziyyəti gərginləşir. Ermənistanda belə problemlər yoxdur. Son zamanlarda “Turan” agentliyinin jurnalistlərindən biri Ermənistana gəlmişdir və bilirəm ki, onun heç bir problemi olmamışdır, hər hansı təhlükəsizlik problemi qaldırılmamışdır”- deyə Paşinyan vurğuladı.