Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
İşgəncə nəticəsində ölən zabitin həyat yoldaşı Müdafiə Nazirliyini məhkəməyə verib
2019-06-11 14:05:00

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində məhkəmə sənədlərinə əsaslanaraq 2017-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin hərbçisi, polkovnik-leytenant Saleh Qafarova tutulma və istintaq zamanı verilən işgəncələr barədə yazıb.

Həmin materiallar Criminal.az saytında dərc edilib. S.Qafarov 2017-ci il mayın 4-də dövlətə xəyanət ittihamı ilə həbs edilib. O, istintaq zamanı ölüb. Bir ildən sonra 2018-ci il mayın 4-də onunla bağlı cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

2017- ci il mayın 4-də evindən zorla aparılaraq Tərtərdə hərbçi həmkarları tərəfindən ölüncəyə qədər ağır işgəncələrə məruz qalıb. O.Gülalıyevin bildirdiyinə görə, zorakılığı Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri törədiblər. Məhkəmə materiallarında S.Qafarovun cəsədi ətraflı təsvir olunub ki, bu da onun vəhşicəsinə işgəncələrə məruz qaldığını sübut edir. Eyni zamanda ona tibbi yardım göstərilməyib.

Zabitdən tələb ediblər ki, Ermənistanın xüsusi xidməti ilə əməkdaşlıq etdiyini etiraf etsin. Öldükdən sonra S.Qafarovu doğulduğu və yaşadığı Qəbələ rayonunun Aydınqışlaq kəndinin qəbiristanlığında 300 nəfər polisin və hərbçinin iştirakı ilə dəfn ediblər. Ailə üzvlərinin, qohumlarının dəfn mərasimində iştirakına icazə verməyiblər.

Uzun müddətdən sonra bir qrup hərbçinin törətdiyi bu cinayətin üstü açılıb və zabiti öldürən hərbçilər həbs olunaraq mühakimə ediliblər. İstintaq müəyyən edib ki, S.Qafarov və onun digər xidmət yoldaşları günahsız yerə əziyyət çəkiblər. Ancaq günahkarları (5 hərbçi) S.Qafarovun ölümünə görə yox, başqa ittihamlarla həbs ediblər və 6 il azadlıqdan məhrum ediblər.

2017-ci ildə dövlətə xəyanət ittihamı ilə işgəncələrə məruz qalmış zabitlərdən birinin - Səxavət Binnətovun həyat yoldaşı Müdafiə Nazirliyini məhkəməyə verib.

Criminal.az saytı xəbər verir ki, X.Haqverdiyaeva həyat yoldaşının günahsız öldürülməsinə görə Müdafiə Nazirliyindən 200 min manat təzminat tələb edir.

Onun sözlərinə görə, S.Binnətovu 2017-ci ilin mayında günahsız yerə tutub işgəncə ilə öldürüblər. "Onun ölümünün məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə düşür. İki qızım və mən ailə başçısını itirmişik, köməksiz duruma düşmüşük. Uşaqlar hələ də keçirdikləri stressdən çıxa bilmirlər", - X. Haqverdiyeva bildirib.