Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Rusiyanın Ermənistandakı səfiri: “RF təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşmə olmadan nizamlanmasını dəstəkləyir“
2019-06-11 15:04:45

Rusiya Federasiyasının mövqeyi eyndir, yani Dağlıq Qarabağ münaqişəsi kəskinləşmə olmadan nizamlanmalıdır. Bu haqda iyunun 11-də mətbuat konfransı ərzində Rusiyanın Ermənistandakı  fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin qeyd etdi.

“Ermənistanla strateji tərəfdaşlıq əlaqələrinə, Azərbaycanla isə uzun müddətli tərəfdaşlıq əlaqalərinə əsasələnərək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsində böyük və əhəmiyyətli rolu var. Biz ATƏT Minsk qrupunun həmsədləri tərkibində fəailiyyət göstəririk. Bu məsələdə  tərəfdaşlarımızla həm birgə, həm də ayrı-ayrı addımlar atırıq. Bu mexanizmlər mövcuddur, işləyir. Rusiya öz mövqeyini dəyişməyib. Biz kəskinləşmənin olmamasının tərəfdarıyıq, istəyirik ki, dayanıqlı danışıqlar prosesi baş tutsun. Aydındır ki, münaqişənin nizamlanmasına dair son qərarı münaqişə tərəflərinin olacaq və burda Rusiyanın roluna balanslı şəkildə yanaşmalıyıq, o, vacibdir, lakin tərəflərin qərarına təsir edə bilməz”- deyə Kopirkin qeyd etdi.