Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
AXCP fəalı 100 manat cərimələnib
2019-06-11 15:50:52

İyunun 11-dә Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Bəşir Tarıverdiyevin Nәsimi Rayon Mәhkәmәsinin qәrarı ilә 100 manat cәrimәlәndiyi bildirilir. Onun İnzibati Xәtalar Mәcәllәsinin 510-cu (xırda xuliqanlıq) maddәsi ilә tәqsirli bilindiyi qeyd edilir.

Bu barədə AzadlıqRadiosuna B.Tarıverdiyevin özü məlumat verib. V.Tarıverdiyevin deməsinə görә, onu iyunun 10-da günorta saatlarında Binәqәdi rayonunda işdәn çıxanda mülkigeyimli şәxslәr saxlayaraq həmin rayondakı polis idarәsinә aparıblar.

AXCP üzvünün vurğulamasına görə, orada onun barәsindә protokol tәrtib olunub. O qeyd edirb ki, küçәdә söyüş söymәkdә ittiham olunub: «Axşam mәni evә buraxdılar, lakin sәhәr saat 9-da Nәsimi Rayon Mәhkәmәsinә gәlmәyimlә bağlı yazılı iltizam aldılar. Bu gün, iyunun 11-də isә mәhkәmә mәni 100 manat cәrimәlәdi».

V.Tarıverdiyev bildirib ki, qanunazidd heç bir hәrәkәt etmәyib vә cәzanın sәbәbi sosial şәbәkәdә yazdığı tənqidi şәrhləridir. O әlavә edib ki, mәhkәmәnin qәrarından apellyasiya şikayәti verәcәk.

AXCP-dən verilən məlumata görə, bu ilin əvvəlindən 50-dən çox fəalları saxlanaraq inzibati qaydada cəzalandırılıb. Onların, əsasən, polisin qanunu əmrinə tabe olmamaqda günahlandırıldığı bildirilir. AXCP onların şərlənərək, sırf siyasi fəaliyyətlərinə, tənqidi mövqelərinə görə cəzalandırıldığını açıqlayıb. Amma həmin rəqəmi də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə, tənqidi mövqeyinə görə həbs və təzyiqlərlə üzləşmir.