Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib
2019-06-12 10:51:34
Azərbaycanın Rusiyadakı səfirliyi mayın 18-də saxlanılan jurnalist Fuad Abbasovla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. Məlumatı Azərtac iyunun 11-də yayıb.
 
Bildirilib ki, Konsulluq şöbəsinin əməkdaşları jurnalist Fuad Abbasov ilə gündəlik əlaqə saxlayırlar.
 
"Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar Konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar. İyunun 11-də səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüşüb, şəraiti ilə yaxından tanış olublar. Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota, eləcə də digər aidiyyəti dövlət qurumlarına məktublar göndərib".