Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
İstintaq zamanı öldürülən zabitlərin ailələri Müdafiə Nazirliyini məhkəməyə verir
2019-06-12 12:52:44

Mərhum zabit Səxavət Binnətovun xanımı Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verərək 200 min manat kompensasiya tələb etdikdən sonra 2017-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq işgəncələr nəticəsində ölən digər hərbçilərin dul xanımları da belə etmək qərarına gəliblər.

Zabit Elşən Mirzəyevin dul xanımı Günay İbrahimova Müdafiə Nazirliyini ərinin ölümündə günahlandırır.

"Onu dövlətə xəyanətdə ittiham ediblər və ölüncəyə qədər işgəncə veriblər. Bundan sonra məhkəmə qərar çıxarıb ki, ittiham təsdiqlənməyib. Buna görə kim cavab verəcək? Mənim maddi durumum çətinləşib. Evimiz yoxdur, ailə başçısını itirmişik, azyaşlı övladım var. Uşaq keçirdiyi stressdən ürək xəstəliyi tapıb, dərman sayəsində yaşamağa məcburdur", - o bildirib.

Digər zabit Sahib Qafarovun dul qalmış xanımı Natəvan Qafarova da Müdafiə Nazirliyini məhkəməyə vermək niyyətindədir.

"2018-ci ildə məhkəmə həyat yoldaşımın günahsız olması barədə qərar çıxarıb. Ancaq biz kompensasiya, ərimə şəhid statusunun verilməsini və bizə mənzil ayrılmasını tələb edilik", - o deyib.