Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“Azərsu” şirkətinin idarə rəisi Almaniyada şirkət açıb
2019-06-12 13:30:25

Azərsu Açıq Səhmdar Cəmiyyətinin Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb.
Cənab rəisin 2013-cü il oktyabrın 2-də Charlottenburg (Berlin) ədliyyəsində 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi şirkət (şəhadətnamə nömrəsi: HRB 153117 B) LoMa TECHNİCAL CONSULT INTERNATİONAL GmbH adlanır. Şirkət Berlinin Katteweg 26 ünvanında yerləşir və 2016-cı il aprelin 18-ə qədər LOTHAR ROHRBACH idarə edib. “LoMa” Lothar və Madər adlarının abbreviaturasıdır.
Şirkət su mühəndis qurğularının texniki məsləhət xidmətlərinin həyata keçirilməsi ilə məşğuldur və Azərsu ASC-nin texniki qurğuların alınması ilə bağlı beynəlxalq səviyyəli sifarişləri bu şirkət üzərindən həyata keçirilir.
Madər Quliyev Azərsu ASC-nin bütün tenderlərinə cavabdeh şəxsdir. Yeri gəlmişkən, Səhmdar Cəmiyyətin tenderlərində tələb olunan birinci şərt belədir:


“Maraqlanan iddiaçılar tender sənədlərinin tam dəstini (çap nüsxədə) yazılı formada ərizə təqdim etdikdən və hər lot üzrə geri qaytarılmayan 300 AZN (üç yüz Azərbaycan manatı) aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra qeyd olunan ünvandan əldə edə bilərlər”.


Yəni şirkətlər 300 manat vəsaiti nəticədən asılı olmayaraq, Azərsu ASC-yə ödəyir.
Ölkədə dövlət nəzarətində olan müəssisələtdə tenderin necə keçirildiyi, dövlət sifarişlərinin hansı qaydada hansı şirkətlərə verildiyi hər kəsə aydındır. Yəqin əlavə izahata ehtiyac qalmır.

 

Cavanşir Həsənli, müstəqil jurnalist
Yazı müəllifin feysbuk hesabından götürülüb.