Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Siyasi mühacirlər Vüqar Niftiyevin deportasiya edilməsini təxirə saldıra biliblər
2019-06-12 15:37:37

AND (Azərbaycan Naminə Demokratiya) Hərəkatının üzvü, Avropadan yayımlanan "Turan" TV-nin əməkdaşı Vüqar Niftiyev ötən gün Almaniyada deportasiya məqsədilə saxlanılıb. Bu barədə AND Hərəkatının bəyanatında bildirilir.

AND Hərəkatı onun Azərbaycanda həbs edilmə, işgəncələrə məruz qalma ehtimalının yüksək olduğunu nəzərə alaraq dərhal bütün imkanlarını səfərbər edib.

Gün ərzində "Sərhədsiz Repartyorlar" təşkilatı, Almaniya XİN, bu ölkənin federal polisi ilə əlaqə yaradılıb.

AFR dövlət qurumlarının diqqətinə çatdırılıb ki, V.Niftiyevin Azərbaycana deportasiyası beynəlxalq humanitar və siyasi qalmaqala səbəb ola bilər. Bundan əlavə, AND fəalları və digər siyasi mühacirlər Düsseldorf aeroportunda etiraz aksiyası keçiriblər. Bu səylər nəticə verib. Son anda V. Niftiyev təyyarədən düşürülüb və sərbəst buraxılıb. Deportasiya təxirə salınıb.

AND Düsseldorf aeroportunda etiraz aksiyasının iştirakçılarına minnətdarlıq edir və Azərbaycan hakimiyyətini siyasi mühacirlərə və ölkə daxilində müxalifətçilərə təqiblərə son qoyulmasına çağırır.

AND Hərəkatı Strasburqda yerləşir. Ona "Azadlıq" qəzetinin baş redaktoru və "Turan"TV-nin rəhbəri Qənimət Zahid rəhbərlik edir.