Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“ Barqavac Hayastan” partiyasının sədri Gagik Tsarukyan sorğu üçün dəvət olunub
2019-06-12 15:22:04

"Barqavac Hayastan” (Çiçəklənən Ermənistan) partiyasının sədri Gagik Tsarukyan bu gün İstintaq Komitəsinə çağırılıb.Bu haqda Sputnik Armeniya ilə söhbətində ER İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Naira Harutyunyan bəyan edib.”Gagik Tsarukyan İstintaq Komitəsində Abovyan şəhərində “ Vətəndaşlıq müqaviləsi” partiyası namizədinin qərargahlarından birinin rəisinin maşınını yandırmaq faktıyla bağlı qaldırılan cinayət işinin ilkin istintaq çərçivələrində müəyyənləşdirmək üçün çağrılıb”-deyərək Harutunyan bildirib. Qeyd edək ki, Koyayk vilayətinin istintaq bölməsində Kotayk rayon İstintaq Komitəsində,  başqasının mülkiyyətinin qəsdən məhv edilməsi və ya zədələnməsi hadisəsiylə əlaqədar müəyyənləşdirmək üçün araşdırma aparılır. Xatırladaq ki, 2019-cu il iyunun 8-də saat 04 radələrində naməlum şəxs başqasının mülkünü gizli məhv etmək məqsədiylə Abovyan şəhərinin 46 yaşlı sakininə mənsub olan yaşayış evinin qapısını və “Nisan Tida” markalı avtomobilini yandırıb.