Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Rusiya 36 tondan çox pomidoru Azərbaycana geri qaytardı
2019-06-12 16:02:00

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan gətirilmiş ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidoru geri qaytarıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, məhsullara baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib.

Qanunlara əsasən karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb.