192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Xaçmazda ağacların soyqırımı
2018-12-06 16:38:13

Xaçmaz şəhəri, “PMK” adlanan ərazidə, 5 nömrəli məktəbin yaxınlığında ağacları kəsirlər.

Bu barədə "Bizimyol.info"-ya Xaçmaz rayon sakini, jurnalist Cəmil Məmmədli bildirib.

“İş icraçılarının dediyinə görə, əllərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazə sənədi var. Ağacların qırıldığı ərazidə 480 nəfərlik məktəb binasının inşa olunacağı deyilir. Məktəb binası üçün yerlər çox idi. Şam ağaçlarının kəsilməsinə ehtiyac yox idi”,-deyə C.Məmmədli bildirib.

O deyib ki, Xaçmaz vərəm xəstəliyinə artmağa meyilli ərazidir: “SSRİ dövründə vərəm eleyhinə şam ağaclarını əkiblər. İndi nümunə üçün 50-60 ağac qala, ya qalmaya. Şam ağacları Xaçmaz bir nömrəli məsələdir. Anlayıram, məktəb də lazımdır. Amma bina üçün boş yerləraz deyil axı”.