192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Məhkəməsi S.Həziyə görə hökuməti cərimələdi
2018-12-06 17:59:30

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) «Azadlıq» qəzetinin şöbə müdiri, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzinin şikayəti üzrə qərarını elan edib.

AİHM bu gün, dekabrın 6-da qərarın mətnini açıqlayıb.

Qərarda vurğulanır ki, hazırda həbsdə olan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsi ilə ittiham olunub və 5 il azadlıqdan məhrum edilib.

S.Həzi şikayətində Azərbaycan məhkəmələrində onun Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edib. Bundan başqa, AİHM-dən Avropa Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinin pozulmasının tanınması istənilib.

Məhkəmə hesab edib ki, Azərbaycan məhkəmələri S.Həzinin Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarını pozub. Məhkəmə Konvensiyanın 5.1 və 5.3-cü maddələrinin pozuntusunu tanıyıb.

AİHM Konvensiyanın 18-ci maddəsi üzrə araşdırmaya lüzum görməyib.

Qərara əsasən, Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

Qərar 3 aydan sonra qüvvəyə minəcək.