192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanda məcburi köçkünlər çox ağır şəraitdə yaşayırlar
2018-12-06 17:15:00

Azərbaycanda məcburi köçkünlər sığınacaq olaraq istifadə edə biləcəkləri hər yerə yerləşiblər - məktəblər, xəstəxanalar, uşaq bağçaları, kitabxanalar, tərk edilmiş ictimai hamamlar, dağılmış fabriklər...

Bu yerlərin müvəqqəti sığınacaq olacağına ümid edilirdi, ancaq 25 ildən artıqdır ki, bu qeyri-yaşayış obyektlərinin bir çoxu daimi yaşayış yerinə çevrilib. Bu haqda "BBC Azərbaycan" məlumat verir. 

Vəli Əkbərob məsələn mədəniyyət evinin dağılmış səhnəsində yaşayır, Əkbərovun gəliri məcburi köçkünlərə verilən 36 manat müavinət və yaşlılığa görə aldığı 140 manat təqaüddür. İki oğlu hələ də onlarla yaşayır və Əkbərov maddi çətinliklərə görə övladlarını evləndirə bilmədiyini deyir․ "Evi" odun sobasıyla isidirlər, amma bu sobanın gücü yan-yörəsini isitməyə güclə yetir.

Sovet İttifaqından sonra fəaliyyətsiz qalan zavodlardա da inidiyədək qalan insanlar var. Gözünü açandan zavodu ev bilən 25 yaşlı Fiyala Əhmədova tezliklə evini tərk etmək istəyir.

Qeyd edək ki, Insanların çoxu içərisində  yoxsulluq ciddi həddədir, bir çoxları hələ də mənzillə təmin olunmayıb.