192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ermənistan və Azərbaycan XİN rəhbərləri danışıqların 2019-cu ilin əvvəllərində etdirilməsinə razılaşdılar
2018-12-07 10:09:48

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Ermənistan və Azərbaycan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərin davam etdirilməsinə razılıqlarını ifadə ediblər.

Həmsədr ölkələrin, Ermənistan və Azərbaycan nümayəndə heyətləri rəhbərlərinin birgə bəyanatında belə deyilir. Bəyanat İtaliyanın Milan şəhərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dekabrın 5-də keçirilmiş danışıqların yekunu ilə bağlıdır.

Minsk qrupunun həmsədrləri Duşanbedə Ermənistan və Azərbaycan liderlərinin söhbətindən sonra atəşkəsin pozulması hallarının azalmasını məmnunluqla qarşıladıqlarını ifadə ediblər. Xalqların sülhə hazırlanması üçün konkret tədbirlər görməyə çağıran həmsədrlər münaqişənin ədalətli və davamlı həllini təşviq etmək üçün Azərbaycan və Ermənistan liderləri arasında yüksək səviyyəli dialoqun yaxın gələcəkdə davam edə biləcəyinə ümid etdiklərini də qeyd ediblər.

Azərbaycan xarici işlər naziri E. Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin vəzifəsini icra edən Z. Mnatsakanyan münaqişənin sülh yolu ilə cözlüməsinin təmin olunması, gərginliyin daha da azaldılması üçün intensiv çalışmaq niyyətlərini ifadə ediblər.

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin 2019-cu ilin əvvəllərində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə yenidən görüşməsinə qərar verilib. İki ölkə XİN rəhbərləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətlərini yüksək qiymətləndirdilər