192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Yeqoyan Lukaşenkonun bəyanatını təkzib etdi: KTMT baş katibinin təyinatı məsələsi hələlik həll olunmayıb
2018-12-07 10:22:23

Rəsmi Yerevan Belarus prezidenti Aleksandr Lukaşenkonun bu ölkənin nümayəndəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi təyin ediləcəyi ilə bağlı bəyanatını təkzib edib.

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyan deyib ki, KTMT baş katibinin təyinatı məsələsi hələlik həll olunmayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Birliyi zirvəsindən sonra bildirmişdi ki, KTMT-nin baş katibinin təyinatı ilə bağlı problem faktiki olaraq həll edilmişdir.

Dekabrın 5-də ER baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan isə qeyd etmişdi ki, KTMT baş katibinin məsələsi konsensusla həll ediləcək.