192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Orxan Camalı kimlər öldürüb? – Araşdırma
2019-01-11 13:19:48

İyulun 30-da Mərkəzi Afrika Respublikasında öldürülən jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun qətlinin bəzi detalları üzə çıxıb.

Həmin detallar “Dosye” mərkəzi tərəfindən aşkarlanıb. Belə ki, tədqiqatçıların fikrincə, “Təhqiqatların idarə edilməsi mərkəzi”nin əməkdaşlarının (Orxan, Aleksandr, Kirill) qətlində yerli jandarmın, onların sürücüsünün və Yevgeni Priqojinin şirkətlərindən birinin əməkdaşının əli var.

Jurnalistlər ölümlərindən bir qədər əvvəl Sibyu şəhərindən keçiblər. “Dosye” FACA-nın (MAR-ın hökumət ordusu) iki hərbçisi və və şəhərdən çıxışa nəzarət edən blokpostun əməkdaşları ilə görüşüb danışa biliblər. Onların sözlərinə görə, jurnalistlərdən 20 dəqiqə əvvəl blokpostdan 3 nəfər silahlı ağ adam və iki afrikalı, o cümlədən jandarm Emmanuel Tuaquende Kotofio keçib. Onlar hərbçiləri xəbərdar ediblər ki, onlardan sonra avtomobillə “dostları” gələcək və onları maneəsiz buraxsınlar. Jurnalistlər yerli vaxtla saat 19:00-da şəhəri tərk ediblər, 1 saat sonra isə öldürülüblər.

“Dosye”nin məlumatına görə, jandarmın avtomobili Sibyuda təsadüfən olmayıb. Kotofionun zənglərinə əsasən, o, jurnalistlərin MAR-da olduğu 3 gün ərzində – Banqi aeroportundan Sibyuya qədər – daim onların yaxınlığında olub: ya qonşu küçədə, ya da yaxınlıqdakı ərazilərdə.

Kotofio

Bütün bu müddət ərzində isə jandarm hər zaman jurnalistlərin sürücüsü Byenvenya Duvokama ilə əlaqədə olub. 28-30 iyulda Duvokama Kotofioya 47 dəfə zəng edib. Bütün bunlar isə jurnalistlərin qətli üçün xüsusi əməliyyat hazırlandığını göstərir.

Bundan başqa, qətl günü Sibyuda yerli mobil operatorların – “Telecel” və “Orange”nin əlaqə qülləsi işləməyib. Qüllələrə elektrik enerjisinin verilişi dayandırılıb.

Sotov

Əldə edilmiş faktlara əsaslanaraq “Dosye” Emmanuel Kotofionun MAR-da işləyən rusiyalılarla əlaqəsini də üzə çıxarıb. 2018-ci ilin iyul-avqust aylarında jandarm Priqojinin strukturları ilə əlaqədə olan Aleksandr Sotovla 98 dəfə zəngləşib. O, “M-Finans” şirkətində “xarici müşahidə, cəlbetmə və agentura işi təlimatçısı” kimi rəsmi olaraq işləyir. Şirkət Priqojinlə “M-İnvest” şirkətinin maraqlarını müdafiə edən “Lobaye İnvest”in keçmiş baş direktoru Yevgeni Xodotov vasitəsilə bağlıdır. (Qafqazinfo.az)