192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
AXCP sədrindən Mehman Hüseynovla bağlı yeni çağırış
2019-01-11 16:42:59

AXCP sədri Əli Kərimli blogger Mehman Hüseynovun müdafiəsi ilə bağlı yeni çağırış edib. Azadliq.info AXCP sədrinin feysbuk səhifəsində paylaşdığı çağırışı təqdim edir:

“Dostlar, orası düzdür ki, Mehman Hüseynovun həbsdəykən 2-ci dəfə şərlənməsi cəmiyyətimizi silkələyib, demokratik düşərgəni vahid məqsəd ətrafında xeyli dərəcədə birləşdirib, prosesə yeni-yeni insanlar qoşulub, ictimai qınaq hakimiyyəti küncə sıxıb. Lakin o da düzdür ki, Mehman Hüseynovu və digər siyasi məhbusları xilas etmək üçün cəmiyyət olaraq hamımızın birlikdə etdiklərimiz hələ də azdır. Birlikdə nəzər salaq.

Mehman Hüseynovun aclığı davam etdirdiyi bu 15 gündə nə etmişik? Sosial şəbəkələrdə güclü virtual kampaniya aparılıb, Bakı şəhərində 2 piket cəhdi olub, 7-ci gündür ki, aclıq aksiyası davam edir, Avropada bir neçə etiraz aksiyası olub. Berlində keçirilən aksiya da çox önəmli idi. Etiraf edək ki, çox deyil. Ancaq hələ cəmisi bu qədər iş xeyli nəticə verib. Əvvəla, beynəlxalq birlik sözünü deməyə başlayıb. AŞ PA və ABŞ senatoru Marko Rubionun ardınca Fransa XİN-i və Böyük Britaniya parlamentariləri Mehman Hüseynova azadlıq tələb etdilər, dünyaca məşhur “The Washington Post” və “Deutsche Welle” Mehman Hüseynovla bağlı məqalə dərc etdi, İlham Əliyevə çox sərt çağırış etdi. Avropa Şurası İnsan Haqları Komissarı və ATƏT-in KİV üzrə nümayəndəsi Mehman Hüseynovun dərhal azad olunmasını istədi. Rejim daxili və xarici təzyiqlər qarşısında xeyli sarsıldı, izahat verməyə, gərginliyi azlatmaq üçün gedişlər etməyə zərurət duydu..."