192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Criminalaz.com saytının redaktoru ittihamları rədd edir
2019-01-12 13:04:40

Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının redaktoru Anar Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib.

O, Gəncə hadisələri Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı yazılara görə məsuliyyətə cəlb edilib.

A.Məmmədov ittihamları rədd edərək məmur sifarişi ilə həbs olunduğunu bildirib, onun yazılarında qanunazidd bir şeyin olmadığın deyib. O, məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Növbəti məhkəmə iclası yanvarın 22-nə təyin edilib.

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.

Noyabrın 30-da A.Məmmədova qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Analoji ittihamlar bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyliyə də qarşı irəli sürülüb.