192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Mehman Hüseynova dəstək məqsədi ilə keçirilən aksiyalar davam edir
2019-01-12 12:19:00
Yanvarın 11-də Almaniyanın Nürnberq şəhərində Müsavat Partiyası AKM-nin Bavariya təşkilatı aksiya keçirib.
 
Mühacirlər beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin azad olunmasını tələb ediblər, o cümlədən, aclıq aksiyası keçirən bloger Mehman Hüseynova və həbsdə olan müsavatçı Azad Həsənova dəstək nümayiş etdiriblər.
 
Müsavatçı Samir Qasımovun Meydan TV-yə verdiyi məlumata görə, aksiyada 50-dən çox adam iştirak edib. Onun sözlərinə görə, onlar Almaniyanın dövlət orqanlarına Azərbaycandakı vəziyyətlə bağlı müraciətlərini təqdim ediblər.
 
Bu, Mehman Hüseynova dəstək məqsədi ilə keçirilən ilk belə aksiya deyil. Yanvarın 10-da Avropada yaşayan mühacirlər Berlində aksiya keçiriblər.
 
Yanvarın 11-də Kanadada yaşayan azərbaycanlılar Toronto şəhərində bloger Mehman Hüseynova dəstək aksiyası keçiriblər. Aksiyaçılar Mehman Huseynovla bərabər beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər şəxslərə də azadliq tələb ediblər.
 
Mehman Hüseynova dəstək məqsədi xarici ölkələrdə aksiya təşkil olunur.
 
Salyanda Mehman Hüseynovun azad edilməsi tələbi ilə keçirilən aksiyanın iki iştirakçısı inzibati qaydada həbs edilib. Bu barəda facebook istifadəçiləri bildirir.
 
İjazəsiz aksiyanın təşkilinə gorə Tariyel Məlikzadə 25 sutka, Əlizamin Salayev isə 20 sutka həbs cəzası alıblar.
 
Xatırladaq ki, jümə günü 10 nəfərə yaxın yerli sakin Bakı-Salyan yolunu bağlayaraq "Mehmana Azadlıq" şüarları səsləndiriblər.