192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Xəzərdə dalğanın hündürlüyü 9,3 metrə çatıb
2019-01-18 14:26:55

“Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsindədir.”

Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Qərargah bildirir ki, yanvarın 17-də Bakı vaxtı ilə saat 21-ə olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir.

“Xəzərdə dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub. Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir,” qərargah bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yanvarın 18-də də qüvvəsindədir.