192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərenerji» işinin öhdəsindən gələ bilmədi: Ölkədə enerji böhranı yaşanır
2019-01-18 15:19:39

Moderator.az saytında ««Azərenerji» işinin öhdəsindən gələ bilmədi: Ölkədə enerji böhranı yaşanır» sərlövhəli yazı oxumaq olar.

Müəllif xatırladır ki, dövlət qurumları yanvarın 17-18-də Azərbaycan ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə məlumatlar yaydılar, bir çox müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklərini bəyan etdilər və belə bəyanat verənlərdən biri də «Azərenerji» ASC idi.

Yazıda bildirilib ki, bəyanat verilməsinə baxmayaraq, «Azərenerji» ASC əhalinin fasiləsiz enerji ilə təmin olunması vəzifəsinin öhdəsindən gələ bilməyib: «Gün ərzində (yanvarın 17-də) sosial şəbəkələrdə yayılan məlumatlara əsasən deyə bilərik ki, Bakının müxtəlif ərazilərində və bölgələrdə elektrik enerjisinin təchizatında böhran yaşanıb. Bir müddət əvvəl isə (yazı 19:50-də səhifəyə qoyulub) redaksiyamıza daxil olan məlumata görə, Biləcəri qəsəbəsinin də böyük bir hissəsi işıqsız qalıb, amma ərazidə qəza xidməti gözə dəymir. Az əvvəl isə Novxanıda da enerji təchizatının dayanması barədə məlumat aldıq».

Yazıda qeyd edilir ki, üstəlik, Binəqədi qəsəbəsinin də bir hissəsi qaranlığa qərq olub: «Ümumi mənzərəyə əsasən demək olar ki, «Azərenerji» və «Azərişıq» ASC-lər əslində hava şəraiti ilə bağlı heç bir əlavə hazırlıq tədbiri görməyib».

Yazılanlarıa bağlı «Azərenerji» və «Azərişıq» ASC, hələlik, əlavə açıqlama verməyib.