192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Şəhidlər Xiyabanını ziyarət zamanı Milli Şura tərfədarları saxlanılıb
2019-01-21 12:08:25

Yanvarın 20-də Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanın ziyarəti zamanı Milli Şuranın tərfdarları ilə polis arasında insident baş verib. Çoxsaylı insan polis tərəfindən saxlanılıb.

Hadisənin şahidləri Turana bildirib ki, polis Parlament prospektinin başlanğıcında toplaşmış Milli Şuranın minlərlə tərəfdarını iki saatadək gözlətdikdən sonra toplum halında Şəhidlər Xiyabanı istiqamətinə buraxmayıb. İnsident bundan sonra baş verib.

Milli Şuranın yanvarın 19-da "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən mitinqində AXCP saədri Əli Kərimli tərəfdarına müraciət edərək yanvarın 20-də birgə Şəhidlər Xiyabanının ziyarətinə çağırımışdı.

Bu günki insidetdən sonra AXCP sədri Əli Kərimli Turana bildirib ki, onların şəhidlər xiyabanında siyasi aksiya keçirmək fikri olmayıb. Kərimli hesab edir ki, hökumət dünənki mitinqdəki izdihamdan qorxuya düşüb.

"Görünür İlham Əliyev bunlara göstəriş verib. Dünənki mitinqdəki izdihamdan qorxuya düşüb. Millətə nə desin? Deyirdilər müxalifət olmayacaq. Müxalifəti məhv etmişik. Hansıki müxlaifət on minlərlə insanın qarşısında çıxış edir. İndi polisə tapşırıq verib ki, insanları təcrid edin, elə şərait yaradın ki, Əli Kərimli 15 adamla ziyarətə getsin. Bütün bu əməliyyat onun üçün idi. Millətin başına bu oyunu açdılar. Hörmətsizlik etdilər. Amma buna görə utanmalı olan biz deyilik. Çoz təəsasüf. Özü bilsin. Bumeranq effekti ilə qayıdacaq, rejimin özünüə dəyəcə," AXCP sədri bildirib.

Rəsmi qurumlar hələ baş verənlərlə bağlı nəlumat yaymayıb.

AXCP-nin məlumatına görə, bəzi fəallar azad buraxılsa da hazırda azı 10 nəfər polisdə saxlanılır.