192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Aclıq edən fəalları ayıraraq, başqa müəssisələrə köçürüblər
2019-01-21 13:16:22

Bloger Mehman Hüseynova dəstək olaraq, 13 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən fəallar - jurnalist Elçin İsmayıllı və "Müsəlman Birliyi Hərəkatı"nın koordinatoru Əhsən Nuruzadənin yeri dəyişdirilib. Meydan TV-yə daxil olan məlumata görə, E.İsmayıllı 17 saylı, Ə.Nuruzadə isə 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu fəallar 13 saylı cəzaçəkmə müəssisəsində saxlanan “Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə və Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra həbs olunan Bayram Məmmədovla birlikdə yanvarın 13-dən aclıq aksiyasına başlayıb.

Bu haqda Meydan TV-yə məlumat verən fəalların yaxınları bildiriblər ki, bütün təzyiqlərə baxmayaraq, aclığı dayandırmadıqlarına görə onları bu cür ayırıblar:

“İlkinlə Bayramı 13 saylıda saxlayıblar, bu ikisini köçürüblər. Bildiyimizə görə, yenə də hamısı aclığı davam etdirirlər”.

Heydər Əliyevin heykəlinə şüar yazıldıqdan sonra həbs olunan digər fəal Qiyas İbrahimovun da 2 saylı cəzaçəkmə müəssisəsində aclığı davam etdirdiyi bildirilir.

Anası Şura Əmiraslanovanın sözlərinə görə, oğlunu aksiyanı dayandırması üçün yola gətirməyə çalışsa da, Qiyas fikrindən daşınmayıb.

İ.Rüstəmzadənin bacısı Türkan Rüstəmzadə də qardaşıgilin 8 gündür aclığı davam etdirdiyini bildirib. Ə.Nuruzadə və E.İsmayıllının köçürülməsini o da təsdiqləyib.

Penitensiar Xidmət isə həbsdə olan şəxslərin aclıq aksiyası keçirməsi barədə məlumatları təkzib edir. Fəalların başqa cəzaçəkmə müəssisələrinə köçürülməsi barədə məlumatları isə şərh etmir. Bildirilir ki, qanun məhbusların yeri barədə informasiya verməyi qadağan edir.