192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP əlavə saxlananların olduğunu bildirir
2019-01-21 17:56:00

AXCP-dən bildirildiyinə görə, saxlanan fəallarla bağlı proses tək Bakının Yasamal Rayon Məhkəməsində keçirilməyib. Verilən məlumata görə, bu partiyanın fəallarından Ayaz Məhərrəmov da Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati qaydada cəzalandırılıb. Onun da yanvarın 20-də saxlandığı deyilir. Amma bu məlumatı, hələlik, məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, hakim önünə çıxarılan fəallardan daha 4 nəfər inzibati qaydada həbs edilib. Partiyadan bildirildiyinə görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ramin Əhmədov 22, İsrafil Ələkbərov 21, Coşqun Cəfərov20, İlqar Quliyev də 21 sutka inzibati həbs cəzası alıb.

«Beləliklə dəqiqləşdirdiyimiz məlumata görə, bu gün, yanvarın 21-də Yasamal Rayon Məhkəməsində hakim önünə çıxarılan fəallardan 5 nəfəri inzibati cəza alıb. Cərimələnən və başqa sərbəst buraxılan var», -deyə AXCP-dən vurğulayıblar.

Bu məlumatları, hələlik, Yasamal Rayon Məhkəməsindən dəqiqləşdirmək cəhdi nəticə verməyib.

AXCP-dən verilən məlumata görə, yanvarın 20-də Şəhidlər xiyabanına ziyarət zamanı saxlananlardan bəzilərinin məhkəməsi olub.

Verilən məlumata görə, Yasamal rayon Məhkəməsi Həsənəli Baxşaliyevə 10 sutka inzibati həbs cəzası verib. Amil Məmmədzadəyə isə 200 manat cərimə kəsildiyi deyilir. Onların nədə ittiham edildiyini isə, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, yanvarın 20-də  sərbəst buraxılan şəxslər də polisə çağırılıb.

Üstəlik, bu ara başqa fəalların da polisə çağırıldığı bildirilir. Partiyadan verilən məlumata görə, onlardan biri də bu yaxınlarda «siyasi məhbuslara azadlıq» tələbi ilə aclıq aksiyası keçirmiş fəal Tofiq Məmmədovdur.