192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
N. Paşinyan Tsürixdə iş adamları ilə ER-da investisiya layihələrini həyata keçirmək məsələsini müzakirə edib
2019-01-21 16:55:28

İsveçrəyə işgüzar səfərdə olan Baş nazir Nikol Paşinyan Ermənistanda müxtəlif investisiya proqramlarının həyata keçirilməsi imkanlarını və perspektivlərini müzakirə etmək üçün Tsürixdə bir qrup iş adamıyla görüşüb. Bu barədə Ermənistan Baş nazirinin iş heyətindən məlumat verilib. Baş nazir, İsveçrə-Ermənistan Ticarət Palatasının sədri Mayk Baronyan ilə əczaçılıq sənayesi üçün Ermənistanda investisiya proqramının genişləndirilməsi məsələsini müzakirə edib. Mayk Baronyan qeyd edib ki, hazırda Yerevan şirkəti xammal emalı ilə məşğuldur və onların məqsədi Ermənistanda dərmanların istehsalını və ixracını təşkil etməkdən ibarətdir. Önümüzdəki beş il ərzində, yüksək əmək haqqı olan yeni iş yerləri yaratmaqla 10 milyon dollardan artıq sərmayə qoymağı planlaşdırırıq. Mayk Baronyan Baş nazirə müasir texnoloqiyalar vasitəsiylə enerji hasilatı və digər investisiya proqramlarını təqdim edib. İsveçrəli iş adamı Hans Sveykard, Ermənistan Respublikası hökumətinə böyük miqyaslı günəş enerjisi investisiya proqramını təqdim etdi. ER Baş naziri Nikol Paşinyan həmçinin, tanınmış İsveçrəli iş adamı və xeyriyyəçi “Frank Myüller” şirkətinin rəhbəri,Vardan Sarmakeşin kənd təsərrüfatı, ərzaq sənayesi, bankçılıq, zərgərlik, saatçılıq və peşə təhsili sahəsində bir sıra məsələləri müzakirə edən Frank Muller  ilə də görüşüb və investisiya layihələrini müzakirə edib.