Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanın hakim partiyanın gəlirləri 13,2% artıb
2019-01-31 16:17:15

1993-cü ildən hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci il üçün illik maliyyə hesabatını açıqlayıb. Ötən il onun gəlirləri 13,2% artıb.

2018-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 9 mln 413 001 manat olub. Bunun 8 mln 045 144 manatı 732 min üzvün üzvlük haqlarıdır. 2018-ci ildə 2017-ci ildəki kimi YAP sıralarına 24 min yeni üzv qəbul edilib. Bundan əlavə, partiya dövlət büdcəsindən 1 milyon 367,8 min manat, yəni əvvəlki ilə nisbətən 19,7% çox vəsait alıb. Eyni zamanda, bank hesabları və partiya kassalarında 2018-ci ilin əvvəlində təxminən 6,5 milyon manat istifadə edilməmiş vəsait qalıb.