192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8

Notice: Undefined index: news_image_az in /data/www/armradio.fm/public_html/armradio/views/news-single.php on line 71
A.Mustafazadə: "Əgər büdcə sosialyönlüdürsə bu əksini konkret rəqəmlərdə tapmalı, maaşlar və müavinətlər artırılmalıdır"
2018-11-09 14:17:18

"Oxu.az" saytında "Deputat: Biz yazıq ölkə deyilik" sərlövhəli məqalə diqqət cəlb edir.

Sayt deputat Aytən Mustafazadənin 2019-cu il dövlət büdcəsinin layihəsində bəzi istiqamətlər üzrə düşüncələrinə yer verib.

Müəllif deyir ki, deputat A.Mustafazadə büdcənin sosial mahiyyətli olduğu deyilsə də bu tələblərə cavab vermədiyini iddia edir: "Biz həmişə deyirik ki, büdcəmiz sosialyönlü büdcədir, amma pensiya alan pensiyaçı, ya da əlil bunu hiss etmir".

Deputat deyir ki, ölkə vətəndaşlarına ödənilən pensiya və müavinətlərin azlığı büdcənin iddia olunan mahiyyətilə üst-üstə düşmür: "Pensiyası 5-10 manat artan pensiyaçı heç nə edə bilmir. 144 manat alan pensiyaçı onu yalnız kommunal xərclərinə verir. Başa düşürsünüz, biz sosial xartiyadan, hüquqlardan danışırıq".

A.Mustafazadə vurğulayır ki, deputat Səttar Möhbalıyevin bu istiqamətdə çıxışının əvvəli nikbin olsa da sonu "bunların hamısını yerinə yetirə bilmərik"

deməklə bədbin notlarla bitib.

A.Mustafazadə deyir ki, əgər büdcə sosialyönlüdürsə bu əksini konkret rəqəmlərdə tapmalı, maaşlar və müavinətlər artırılmalıdır.