192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda doğum azalıb
2019-02-18 16:14:00

Dövlət Statistika Komitəsinin (DSK) bu gün, fevralın 18-də yayılan məlumatında bildirilir ki, 2019-cu il yanvarın 1-də Azərbaycanda əhalinin sayı 9 milyon 981 min 457 nəfərə çatıb.

Əhalinin 52.8 faizini şəhər, 47.2 faizini kənd sakinləri, 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edib.

Əhalinin sayı artsa da, əvvəlki illə müqayisədə Azərbaycanda doğum azalıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 2018-ci ildə 138 min 982 nəfər doğulmuş körpə qeydə alıblar. DSK-nın səhifəsində yer alan məlumata görə, 2017-ci ildə isə bu rəqəm 144 min 41 nəfər təşkil edib.

Ötən il ölkədə 57 min 250 də ölüm halı qeyd edilib.