192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Sumqayıtda baş vermiş yol qəzasında 30-dan çox adam xəsarət alıb
2019-02-22 14:36:08

Fevralın 21-də axşam Sumqayıtda baş vermiş yol qəzasında 30-dan çox adam xəsarət alıb. Şəhər marşrutu ilə hərəkət edən 30 saylı avtobus öncə Toyota Prado avtomobili ilə toqquşub, sonra idarəetməni itirərək binanın divarına çırpılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, xəsarət alan 31 nəfər şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yeddi nəfər xəstəxananın travmatologiya, altı nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Bir hamilə qadın doğum evinə göndərilib.

Qalanlarına tibbi yardım göstərdikdən sonra evə buraxıblar.