192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Amnesty International: Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır
2019-02-22 14:40:00

Ötən il bir çox hökumət məhdudlaşdırıcı qanunlar tətbiq etməklə, bürokratik əngəllər və həbs təhlükəsi yaratmaqla QHT-lərə hücumları artırıb. Bu barədə Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatının "Susmağa məcbur etmək üçün hazırlanan qanunlar" adlı yeni hesabatında bildirilir.

Hesabatda Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasına daxil edilib.

"Azərbaycan, Çin, Rusiya kimi ölkələrdə QHT-lərin qeydiyyatı və hesabatlılığı ilə bağlı tələblər hazırlanıb. Həmin tələblərə əməl etməməyin cəzası həbsdir. Hüquq müdafiəçisi Rəsul Cəfərov bunun nə olduğunu yaxşı bilir", - sənəddə deyilir.

"İnsan Hüquqları Klubunda fəaliyyətimə, nümayişlərdə iştirakıma görə məni həbs etdilər", - bir il yarım həbsxanada qaldıqdan sonra 2016-cı ilin martında azadlığa buraxılmış R.Cəfərov deyib.

"Həbs olunanlar təşkilatı bağlamağa, layihələri dayandırmağa və xaricə getməyə məcbur oldular", - R.Cəfərov bildirib.

Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ittihamları qəbul etmir.